«Unileasing» şirkəti istiqraz emissiyasına hazırlaşır

«Unileasing» şirkəti istiqraz emissiyasına hazırlaşır
# 16 iyul 2012 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Unileasing» QSC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, yerləşdiriləcək istiqrazların sayı 5 min ədəd, bir istiqrazın nominal dəyəri 1000 manat, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Bununla yanaşı, istiqrazların tədavül müddəti 12 ay, istiqraz, istiqraz üzrə gəlirlik 9,5%, faiz ödəniş dövrünün müddəti isə 180 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, istiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR