“Eurovision” mahnı müsabiqəsi üzrə rəsmi fan-klubunun “Novruz - Milli Mənəvi dəyərimiz” adlı bayram tədbiri keçirilib - FOTOSESSİYA

“Eurovision” mahnı müsabiqəsi üzrə rəsmi fan-klubunun “Novruz - Milli Mənəvi dəyərimiz”  adlı bayram tədbiri keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 mart 2012 20:01 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə fan-klubun üzvləri, gənclər, müxtəlif peşə sahibləri və media nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd bu il ölkəmizdə keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçı ölkələrinə Azərbaycanın qədim bayramı olan Novruzu bir daha tanıtmaq və milli-mənəvi dəyərlərimizi aşılamaqdır.

Bununla yanaşı, müsabiqənin hazırlıq mərhələsində gərgin çalışan şəxslərin bir neçə saatlıq da olsa, əylənməsinə şərait yaratmaq məqsədlərdən biri olub. Gecədə müxtəlif oyun və yarışmaların keçiriməsi gənclər tərəfindən böyük maraqla qarşılanıb. Müsabiqədə yarışan və qalib olan gənclərə üzərində 57-ci “Eurovision” yarışmasının loqosu və “Light your fire” şüarı qeyd olunmuş köynək, papaq və digər aksessuarlar hədiyyə edilib.

Qeyd edək ki, bayram tədbirində müğənnilər, sənət adamları maraqlı çıxışlar ediblər.

“Eurovision”ın Azərbaycandakı fan-klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb. Belqradda keçirilən fan-klubların görüşündə 38 ölkə “Ogae Azərbaycan”ın Beynəlxalq Ogae sisteminə qoşulmağına səs verib.

Ogae Azərbaycan fan-klubun üzvləri bildiriblər: “Eurovision”ın Azərbaycanda keçirilməsi arzusu ilə qoşulduq. Nəhayət biz bu arzumuza çatdıq və hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz “Eurovision - 2012”yə dəstək istiqamətində fəaliyyətimizi davam edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR