Salyanda Kürsəngi-Yolüstü avtomobil yolunun açılışı olub

Salyanda Kürsəngi-Yolüstü avtomobil yolunun açılışı olub
# 14 mart 2012 10:25 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində martın 13-də Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib. “APA-Economics”-in məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin - Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcək. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.

Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilib.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR