«Azərsu»da yeni qurum yaradılıb

«Azərsu»da yeni qurum yaradılıb
# 09 oktyabr 2012 11:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Azərsu» ASC-nin nəzdində təsərrüfat hesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti yaradılıb.

Nazirlər Kabinetinin bununla bağlı qərarında bildirilir ki, yeni qurumun yaradılması «Azərsu» ASC tərəfindən ölkədə aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədi daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR