Azərbaycanın bölgələrində yeni poçt şöbələri istifadəyə veriləcək

Azərbaycanın bölgələrində yeni poçt şöbələri istifadəyə veriləcək
# 05 mart 2012 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Novruz Bayramı münasibətilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən geniş tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq yeni üslubda tikilən Salyan poçt filialının (PF) Pambıqkənd və Qəbələ PF-nin Qəmərvan poçt şöbələri, Hacıqərvənd poçt şöbələri sakinlərin istifadəsinə veriləcək.

Yüksək tələblər səviyyəsində tikilən, ən müasir avadanlıqlar və mebellərlə təchiz edilən poçt şöbəsində sakinlərə bütün poçt xidmətləri göstərilməsi üçün hər cür şərait yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR