Şabranda Statistika İdarəsinin və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əməkdaşlarını qarət edən şəxs saxlanılıb

Şabranda  Statistika İdarəsinin və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əməkdaşlarını qarət edən şəxs saxlanılıb
# 17 fevral 2012 13:04 (UTC +04:00)
Şabran. Vəli Turan – APA. Şabran rayonunda 2 oğurluq faktının üstü açılıb. Şabran rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, fevralın 7-də Şabran rayon Statistika İdarəsinin baş məsləhətçisi Şəlalə Müsayibovaya məxsus, içində 2600 manat pul və qiyməti 2000 manat dəyərində zinət əşyaları olan çanta oğurlanıb. Oğurluqda təqsirli bilinən Xaçmaz rayonunun Hacısıoba kənd sakini, 1972-ci il təvəllüdlü Hicran Qurbanov saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində Hicran Qurbanovun daha bir oğurluq əməlinin üstü açılıb. Məlum olub ki, bir qədər əvvəl Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində çalışan, rayon sakini Sara Adıgözəlova da Hicran Qurbanov tərəfindən qarət olunub. Hicran Qurbanov onun çalışdığı idarəyə gedərək yardım istəyən zaman stolun üstündə qadına məxsus, içində 60 manat pul olan çantanı götürərək qaçıb.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində cinayət işi açılıb. Məlumata görə, 2-ci qrup əlil olan Hicran Qurbanov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Müxtəlif vaxtlarda eyni cinayət əməlini törətdiyinə görə, 3 dəfə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR