Azərbaycanda baş verən yol qəzasında biri polis əməkdaşı olmaqla, 4 nəfər ölüb

Azərbaycanda baş verən yol qəzasında biri polis əməkdaşı olmaqla, 4 nəfər ölüb
# 30 mart 2012 06:50 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə maşında olan üç nəfər ölüb.

Qaradağ rayonunda baş verən digər yol qəzasında isə polis əməkdaşı həlak olub. Belə ki, ötən gecə Bakı şəhəri, Qaradağ rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə, “BMW” markalı minik avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Hümbətov Orxan Elman oğlu dünyasını dəyişib. Mərhum Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR