Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib
# 23 oktyabr 2012 14:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti iclası keçirilib.

DQMM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda qurumun fəaliyyət istiqamətləri qəbul olunub.

DQMM “Demokratik seçki”, “Rüşvət və korrupsiyaya son verilsin” və başqa tələblərlə noyabrın 3-də keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı müzakirələr aparıb, Mitinq Komitəsinin hesabatı dinlənilib. Məşvərət Məclisinin fəaliyyətinin təşkili ilə bağlı hüquq, təbliğat, təşkilat, təminat qrupları yaradıb, fəaliyyət proqramında nəzərdə tutulan məsələlərlə bağlı iş bölgüsü aparılıb.

Yığıncaqda AMİP sədri Yusif Bağırzadə Avropa Xalq Partiyasının Qurultayında iştirakı və görüşləri barədə məlumat verib.

DQMM “Sərbəst toplaşmaq haqqında” qanuna dəyişiklərin edilməsi ilə bağlı bəyanat qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR