Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edib

Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edib
# 11 fevral 2012 21:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fevralın 11-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda Aktyor evində iki tamaşa ilə çıxış edib. APA-nın Cənub bürosunun məlumatına görə, sənətsevərlərə əvvəlcə Maarif Məmmədovun “Sovqat” tamaşası təqdim olunub. Rejissor Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində əsas rolları aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Natiq Fərzəliyev və digərləri oynayıblar.
Teatrın bakılılara təqdim etdiyi ikinci tamaşa yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” tamaşası olub. Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru, respublikanın xalq artisti Kamran Quliyevin quruluş verdiyi bu səhnə əsərində əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı artistlər Sucəddin Mirzəyev, Allahverən Babayev, Niftulla Əsgərov, Zemfira Nəcəfova və digərləri ifa ediblər.
Hər iki tamaşa sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR