Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşlara David Qareci məbədinə getməyi qadağan edib

Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşlara David Qareci məbədinə getməyi qadağan edib
# 17 may 2012 20:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstan DİN xəbər yayımlayıb ki, Udabno adlanan məbədə giriş qadağandır. Sərhədi keçən vətəndaşların saxlanılmaq təhlükəsi ola bilər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin İnformasiya-Analitik Departamentinin rəhbəri Şota Utiashvili David Qareci məbədi haqda situasiyanı şərh edərkən bildirib. Onun sözlərinə görə, "Gürcüstan vətəndaşları adlanan məbədin ərazisinə keçərsə, Azərbaycan tərəfi onları saxlayacaq və sərhədçilər bunu etmək hüququna malikdir".

“Biz qərara gəldik ki, sərhəd xəttinə sərhədçilərimizi qoyaq və Azərbaycan sərhədçiləri bizə dedilər ki, əgər Gürcüstan vətəndaşları sərhədi keçərsə, biz onları saxlayacağıq. Buna görə də biz qərara aldıq ki, Gürcüstan vətəndaşlarını Udabno məbədinin ərazisinə buraxmayaq. Çünki onlar sərhədi keçərsə, saxlanacaq. Buna isə azərbaycanlıların hüququ çatır”, - deyə Utiaşvili bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR