Səməd Seyidov: “Azərbaycanın dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi Dağlıq Qarabağ danışıqlarına mütləq öz təsirini göstərəcək”

Səməd Seyidov: “Azərbaycanın dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi Dağlıq Qarabağ danışıqlarına mütləq öz təsirini göstərəcək”
# 03 mart 2012 10:01 (UTC +04:00)
Biz Azərbaycan tərəfi olaraq heç vaxt hər hansı danışıqlardan imtina etməmişik. Əksinə, biz danışıqların aparılmasının və daha da aktivləşdirilməsinin tərəfdarıyıq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlər arası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib.

S. Seyidov Dağlıq Qarabağ məsələsində hazırkı “status-kvo”nun Azərbaycanı qane etmədiyini bildirib: “Ermənistan isə “status-kvo”nu saxlamaq niyyətindədir. Torpaqları işğal altında saxlamaq beynəlxalq qanunvericiliyin kobud formada pozmaq deməkdir. Ona görə Azərbaycan danışıqlarda iştirak edən bütün tərəflərə və danışıqları təşkil edən ATƏT-in Minsk qrupu həmsədrlərinə bu məsələlərə daha diqqətlə yanaşması, daha da konkret olan məsələlərin gündəmə gətirilməsi ilə bağlı təkliflər verir. Biz “ststus-kvo”nun dəyişdirilməsinin tərəfdarıyıq. Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbləridir. Əminəm ki, son hadisələr və ümumiyyətlə Azərbaycanın son inkişafı, dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi danışıqlara mütləq öz təsirini göstərəcək. Minsk qrupu həmsədrləri də bunu çox yaxşı bilirlər. Əminəm ki, həmsədrlər bundan nəticə çıxaracaq, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsini ən yüksək səviyyədə müzakirə edərək həll edəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR