Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin təntənəli iclası keçirilib

Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin təntənəli iclası keçirilib
# 31 avqust 2012 11:18 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bakıda Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin təntənəli iclası keçirilib. APA-nın xəbərinə görə, tədbir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. APA-nın xəbərinə görə, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Perimbetov çıxışında iki ölkə arasında əlaqələrin dinamik inkişafından danışıb. O bildirib ki, bu gün Qazaxıstanda 132 min azərbaycanlı yaşayır və onlar münasibətlərin inkişafında önəmli rol oynayır.

Tədbirdə Qazaxıstanla Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə verdikləri töhfəyə görə cəmiyyət üzvləri – yazıçı Çingiz Abdullayev, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, kinorejissor Oktay Mirqasımov və digər şəxslər – ümumilikdə 39 nəfərə mükafatlar verilib.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti 1994-cü ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR