«Texnikabank» nizamnamə kapitalını artırır

«Texnikabank» nizamnamə kapitalını artırır
# 10 fevral 2012 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Texnikabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 4 008 ədəd, emissiyanın ümumi həcmi isə 4,008 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Texnikabank»ın artıq yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 6,2% artaraq 68,808 mln. manata çatacaq.

Qeyd edək ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Cari ilin yanvarın 1-nə bankın aktivləri 629,3 mln. manat, kredit portfeli 434,9 mln. manat, depozit portfeli 338,7 mln. manat, məcmu kapitalı 99,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR