Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tatarıstanın baş naziri İldar Xalikovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tatarıstanın baş naziri İldar Xalikovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 06 mart 2012 09:38 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Kəmaləddin Heydərov Azərbaycanla Tatarıstan arasında ikitərəfli münasibətlərin, o cümlədən fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Qonaq da öz növbəsində, Azərbaycanla Tatarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini və bunun təqdirəlayiq olduğunu qeyd edib, hər iki respublikanın müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olub, Mərkəzin fəaliyyəti və “112” qaynar xətti barədə ətraflı məlumatlandırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR