Nabranda keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 63 sürücü cəzalandırılıb

Nabranda keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 63 sürücü cəzalandırılıb
# 23 iyul 2012 11:44 (UTC +04:00)
Xaçmaz. Vəli Turan- APA. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər. Reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol nəqliyyat hadisə qarşısı almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaq olub. APA-nın şimal bürosunun məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 63 sürücü cəzalandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR