Bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər

Bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər
# 12 aprel 2012 10:10 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Bunu çox ciddi addım kimi qiymətləndirən nazir xatırladıb ki, Azərbaycana gələn əcnəbilərə vizanın elektron qaydada verilməsi üçün müvafiq proqram hazırlanır: “Proqrama əsasən, Azərbaycana gələn turistlər vizaları 15 gün ərzində internet vasitəsilə əldə edəcəklər. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Düşünürəm ki, bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər”.

Ə.Qarayev bu kimi addımların ölkədə turizmin inkişafına təkan verəcəyini söyləyib: “Ötən il Azərbaycanda turizm sahəsinin artım tempi 14% olub. Ötən ilki artım templərini nəzərə alsaq, bu il sözügedən sektorda artım tempinin 10-15% olacağı gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR