Quba rayonunda kənd baytarlıq məntəqəsində yanğın baş verib

Quba rayonunda kənd baytarlıq  məntəqəsində yanğın baş verib
# 20 fevral 2012 11:17 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün Quba rayonun Atuc kəndində kənd baytarlıq məntəqəsində yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsinə Quba Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. 3 otaqlı, ümumi sahəsi 84 kvadratmetrlik məntəqənin 18 kvadratmetri yanıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR