Bu ilin I rübündə «SOCAR Energy Georgia» Gürcüstanda 82 min ton neft məhsulu realizə edib

Bu ilin I rübündə «SOCAR Energy Georgia» Gürcüstanda 82 min ton neft məhsulu realizə edib
# 10 may 2012 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən «SOCAR Energy Georgia» şirkəti Gürcüstan ərazisində 82 min tona yaxın neft məhsulu realizə edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «SOCAR Energy Georgia» tərəfindən Gürcüstana idxal olunan kommersiya təyinatlı qazın həcmi 172,52 mln. kubmetr, sosial təyinatlı qazın həcmi isə 601,9 mln. kubmetr təşkil edib: «Qonşu ölkə ərazisində 28 166,249 ton benzin, 46 781,169 ton dizel yanacağı, 6 973,40 ton bitum və 1 807,50 ton maye qaz (LPG) realizə edilib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR