Salyanda yüzdən çox evin həyəti yağış və qar suları ilə dolub – FOTOSESSİYA

Salyanda yüzdən çox evin həyəti yağış və qar suları ilə dolub – <font color=red>FOTOSESSİYA</font>
# 09 mart 2012 15:30 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda yüzdən çox evin həyətini su basıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin Əli Zeynalov, Qulu Əsgərov, Ənvər Qasımzadə və bir çox evlərin həyətləri yağış və qar suları ilə dolub. Rayon Mülkü Müdafiə Qərargahının sədri Şəmsəddin Əbilov bildirdiyinə görə, buna son zamanlar intensiv yağan qar və yağış səbəb olub. Ümumilikdə isə Salyan rayon mərkəzində kanalizasiya-drenaj sisteminin olmaması səbəbindən və Kür çayının səviyyəsinin artması da həyətlərdə suyun çəkilməməsinə şərait yaradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR