Azərbaycan prezidenti dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi haqqında fərman imzalayıb
# 20 iyun 2012 12:15 (UTC +04:00)
APA-Economics”in prezidentin saytına istinadən verdiyi məlumata görə, fərmanda Nazirlər Kabinetinə iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etmək tapşırılıb.

Həmçinin Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Milli Məclisinin Aparatına, Konstitusiya Məhkəməsinə, Hesablama Palatasına, Respublika Prokurorluğuna, Ali Məhkəməyə və Apellyasiya məhkəmələrinə internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarını Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirmələri tövsiyə olunub.

Sənədə əsasən Xüsusi Dövlət Mühafizə Xidməti sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR