ABŞ-ın sanksiyası ilə əlaqədar İran vətəndaşlarının “World of Warcraft” internet oyununa girişi bağlanıb - FOTO

ABŞ-ın sanksiyası ilə əlaqədar İran vətəndaşlarının “World of Warcraft” internet oyununa girişi bağlanıb - <font color=red>FOTO</font>
# 30 avqust 2012 11:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bütün dünyada məşhur olan və ən çox satılan “World of Warcraft” internet oyunu İran vətəndaşlarına qadağan edilib. APA-nın məlumatına görə, bu barədə oyunun yaradıcısı və istehsalçısı olan “Blizzard” şirkəti açıqlama yayıb.

Məlumatda bildirilir ki, ABŞ-ın İrana tətbiq etdiyi ticarət sanksiyana görə şirkət belə qərar qəbul etməli olub: “Bundan sonra İranda yaşayan istifadəçilər “World of Warcraft” oyununa daxil ola bilməyəcəklər. İranlı oyunçuların şirkətə ödədikləri üzvlük haqqı isə geri qaytarılmayacaq”.

Qeyd edək ki, dünyanın ən böyük internet oyun şirkətlərindən olan “Blizzard”ın qərarı ilə yüzlərlə iranlı oyunçu “World of Warcraft”dan kənarlaşdırılıb, onlar oyuna daxil ola bilmirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR