Qriqol Vaşadze: “Gürcüstan artıq postsovet ölkəsi deyil”

Qriqol Vaşadze: “Gürcüstan artıq postsovet ölkəsi deyil”
# 19 oktyabr 2012 10:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan artıq postsovet ölkəsi deyil.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsini icra edən Qriqol Vaşadze NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturayla görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstanda demokratiya bərqərar olub: “Bu ölkə daha gənc demokratik ölkə deyil. Biz artıq bu dövrü keçmişik. Gürcüstan tədricən demokratikləşən normal bir ölkədir və bu çox böyük nailiyyətdir”.

Qriqol Vaşadze bildirib ki, bu tarixi dövr 2003-cü ildə “Qızılgül inqilabı”ndan sonra Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəhbərliyi ilə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR