«Bank VTB Azərbaycan» son bir ildə zərərini 50% azaldıb

«Bank VTB Azərbaycan» son bir ildə zərərini 50% azaldıb
# 23 aprel 2012 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» 2012-ci ilin yanvar-mart aylarını 0,676 mln. manat zərərlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrünün zərərindən 50% azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 67% artaraq 1,541 mln. manat, o cümlədən faiz gəlirləri 70% artaraq 1,428 mln. manat, qeyri-faiz gəlirləri isə 32% artaraq 0,112 min manat olub. Bununla yanaşı, son bir ildə bankın ümumi xərcləri 61% artaraq 2,217 mln. manat, o cümlədən faiz xərcləri 2,5 dəfə artaraq 0,453 mln. manat, qeyri-faiz xərcləri isə 48% artaraq 1,763 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın faiz mənfəəti 75% artaraq 0,975 mln. manat, qeyri-faiz zərəri isə 48% artaraq 1,651 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR