Azərbaycan prezidenti və Türkiyənin baş naziri Şəkidə türk əsgərlərinin abidə kompleksini ziyarət ediblər

Azərbaycan prezidenti və Türkiyənin baş naziri Şəkidə türk əsgərlərinin abidə kompleksini ziyarət ediblər
# 12 sentyabr 2012 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident İ. Əliyev və xanımı Mehriban Əliyeva, baş nazir R. T. Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət ediblər.

İ. Əliyev və R. T. Ərdoğan Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxıblar.

Bildirilib ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb. Abidənin ətrafında geniş abadlıq işləri görülüb, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılıb.

Prezident İ. Əliyev və xanımı, baş nazir R. T. Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoyublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR