Səid Cəlili və Ketrin Eşton arasında görüş olacaq

Səid Cəlili və Ketrin Eşton arasında görüş olacaq
# 31 avqust 2012 11:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaxın vaxtlarda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında görüş olacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə K. Eştonun sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, görüşün detalları hələlik dəqiqləşməyib: “Cəlili və Eşton arasında avqustun 31-də telefon əlaqəsi olmalı idi. Lakin təxirə düşdü. Qısa zamanda yenidən tərəflər arasında görüş baş tutacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR