İranın xarici işlər naziri Suriyaya səfər edəcək

İranın xarici işlər naziri Suriyaya səfər edəcək
# 19 sentyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriyaya səfər edəcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Ə. Salehi Suriya przidenti Bəşər Əsəd və bu ölkənin xarici işlər naziri Valid Muallimlə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı əlaqələr, Suriyadakı böhran, regional və qlobal məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, hazırda Misirdə səfərdə olan Ə. Salehi bu ölkənin prezidenti Məhəmməd Mursi, xarici işlər naziri Məhəmməd Kamil Amru və Ərəb Birliyinin baş katibi Nəbil əl Ərəbi ilə görüşüb. Görüşlərdə İran-Misir əlaqələrinin daha da inkişaf etdirilməsi, Suriyadakı böhran və həlli yolları və s. məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR