Filippində baş vermiş terror aktında iki nəfər həlak olub

Filippində baş vermiş terror aktında iki nəfər həlak olub
# 03 mart 2012 20:55 (UTC +04:00)
Bakı-APA. Filippinin Colo adasında baş vermiş terror aktı zamanı ən azı 2 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Bu barədə APA Assoşieyted Press-ə istinadən məlumat verir.

Əldəqayırma partlayıcı maddə Sulu əyalətinin Colo şəhərində ərzaq dükanının yaxınlığında partladılıb. Partlayış baş verəndə dükan bağlı olub və yaxınlıqdakı parkda olan insanlar hadisənin qurbanlarına çevriliblər.

İlkin məlumatlara görə, terror aktını islamçı «Əbu-Səyyaf» qruplaşması həyata keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR