Zərdabda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır

Zərdabda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır
# 30 iyul 2012 16:48 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Son vaxtlar Zərdab rayonunda sahibkarlığın inkişafına dövlət qayğısı xeyli artıb. Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun APA-nın Mərkəzi Aran Bürosuna verdiyi xəbərə görə, təkcə son 6 ayda müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 7 hüquqi və 119 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçib.

Onun sözlərinə görə, rayonda güzəştli kreditlər hesabına pambıqçılığın inkişafı tam bərpa olunub. Yeni nar bağlarının salınması imkanları nəzərə alınaraq kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilib.

“Dövlətimizin əhalinin işsizlik səviyyəsinin azaldılması və tədricən aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin əsas məqsədi aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından, kənd təsərrüfatının stimullaşdırılmasından və sahibkarlığın inkişafına dəstək olmaqdan ibarətdir. Bunun da nəticəsində rayonda inşa olunan müasir ticarət və xidmət obyektlərinin sayı artıb, memarlıq baxımından Zərdab rayonu nəzərə çarpacaq dərəcədə dəyişib” – deyə A.Səfərov qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR