Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyalar ölkəyə gətirilib

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq sualtı seysmik stansiyalar ölkəyə gətirilib
# 26 sentyabr 2012 09:26 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, RSXM tərəfindən artıq dənizdibi stansiyaların avadanlıqları ABŞ-dan alınıb. Hazırda stansiyaların quraşdırılacağı platformalar ətrafında texniki qiymətləndirmə aparılır.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə 2011-ci ildə bağlanılıb. Stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR