İran neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə OPEC-in fövqəladə yığıncağını çağırıb

İran neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə OPEC-in fövqəladə yığıncağını çağırıb
# 01 iyul 2012 02:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran dünya bazarında neftin qiymətinin aşağı düşməsinə qarşı tədbir görülməsi məqsədilə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə yığıncağını çağırıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İranın Neft Nazirliyi açıqlama yayıb. Xəbərdə bildirilir ki, OPEC-ə üzv ölkələrin son yığıncağında neftin barelinin 100 dolladan aşağı düşməsi vəziyyətində lazımi tədbirlər görmək üçün yenidən bir araya gəlmək qərarı alınıb: “İndiki durumda hasilatçı ölkələr kvota həddini aşmamalıdırlar. Çünki OPEC-ə üzv olan bütün ölkələr tarazlığın qorunması məsələsində razılığa gəliblər. Ona görə də öhdəliklər yerinə yetirilməlidir. Dünya bazarlarındakı neftin qiymətlərində sadəcə tələbə uyğun olaraq yay aylarında artma-azalma müşahidə olunmaqdadır”. Məlumatda gündəlik 30 milyon barel həcmində neft istehsalı kvotasına əməl ediləcəyi təqdirdə dünya bazarlarındakı qiymət tarazlığının təmin olunacağı vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR