Moskva və İrəvan Ermənistana satılan mavi yanacağın qiyməti barədə razılığa gəliblər

Moskva və İrəvan Ermənistana satılan mavi yanacağın qiyməti barədə razılığa gəliblər
# 09 avqust 2012 12:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan konkret rəqəm açıqlamasa da, qiymətin formalaşması prinsipi ilə bağlı ortaq məxrəcə gəldiklərini deyib.
“Mavi yanacağın satış qiyməti bazardakı real qiymətlərə uyğun olacaq. Ermənistan mavi yanacaqla iqtisadiyyatının effektivliyini qoruyub saxlamaq şərtilə regional tariflərə uyğun gəlməlidir”.
Qeyd edək ki, “Qazprom” hazırda mavi yanacağın hər min kubmetrini Ermənistana 180 dollara satır. Mavi yanacağın satış qiyməti Ermənistan və Rusiya prezidentlərinin dünən keçirilən görüşündə müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR