Praqada Azərbaycanla Çexiya arasında bir neçə sənəd imzalanıb

Praqada Azərbaycanla Çexiya arasında bir neçə sənəd imzalanıb
# 05 aprel 2012 14:24 (UTC +04:00)
APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının regional inkişaf naziri Kamil Yankovski, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının mədəniyyət naziri Alena Hanakova, “Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukeş, “M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumu”nu isə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Böhm imzalayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR