ABŞ-ın tanınmış restoranlar şəbəkəsi Azərbaycan bazarına çıxır

ABŞ-ın tanınmış restoranlar şəbəkəsi Azərbaycan bazarına çıxır
# 06 aprel 2012 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın «Wendy’s» məşhur fast-fud restoranlar şəbəkəsi 2013-cü ildə Azərbaycanda və Gürcüstanda bir neçə restoran açmaq niyyətindədir. «APA-Economics»in BNE portalına istinadən verdiyi məlumata görə, gələcək 10 il ərzində iki ölkədə ümumilikdə 25 «Wendy’s» restoranı açılacaq.

Məlumatda bildirilir ki, ilk restoranın 2013-cü ildə Tbilisi şəhərində açılması planlaşdırılır. Həmçinin, «Wendy’s» rəsmiləri Azərbaycan və Gürcüstanı dinamik bazar kimi qiymətləndirilir: «Burada sürətli inkişaf potensialı mövcuddur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR