Ombudsmanın nümayəndələri mitinqə çağırış vərəqələri yaydıqlarına görə inzibati həbsə məhkum olunan şəxslərlə görüşüblər

Ombudsmanın nümayəndələri mitinqə çağırış vərəqələri yaydıqlarına görə inzibati həbsə məhkum olunan şəxslərlə görüşüblər
# 10 aprel 2012 10:11 (UTC +04:00)
Bakı – APA. Ombudsman Aparatının əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan şəxslərlə təklikdə görüşərək onların saxlanılma şəraitini araşdırıblar. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, burada saxlanılan 7 nəfər barəsində Bakı şəhərinin ayrı-ayrı rayonlarında 8 aprel mitinqinə çağırış vərəqləri paylayarkən polisin qanuni tələblərinə tabe olmamaq səbəbindən İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə ayrı-ayrı məhkəmələrin qərarlarına əsasən inzibati qaydada həbs seçilib.

Saxlanılanlardan Fərzəliyev Teymur Pənah oğlu və Qafarov Qabil Əzim oğlu barələrində seçilmiş inzibati həbs müddətinin bitməsi ilə əlaqədar bu gün sərbəst buraxılacaqlar.
Ümumilikdə saxlanılanlar saxlanılma şəraiti və məntəqə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Eyni zamanda, saxlanılanlar hər hansı pozuntuya yol vermədiklərini, onlardan ikisi isə ilkin tutulma zamanı polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiklərini bildiriblər.

Müvəkkil məsələlərin araşdırılması, müvafiq tədbirlər görülməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması və nəticəsi barədə ona məlumat verilməsi məqsədilə daxili işlər nazirinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR