Azərbaycan Trans-Anadolu Boru Kəməri layihəsində nəzarət paketini özündə saxlamaq niyyətindədir

Azərbaycan Trans-Anadolu Boru Kəməri layihəsində nəzarət paketini özündə saxlamaq niyyətindədir
# 10 aprel 2012 08:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Trans-Anadolu Boru Kəməri layihəsində nəzarət paketini, yəni layihədəki payının 51%-ni özündə saxlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, Azərbaycan layihədəki iştirak payının bir hissəsini xarici neft-qaz şirkətlərinə verə bilər: «Amma bununla bağlı Türkiyə tərəfinin də mövqeyi nəzərə alınacaq».

Qeyd edək ki, hazırda layihədə Azərbaycanın payı 80%, Türkiyənin payı isə 20% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR