Azərbaycanda daha bir sığorta şirkəti brendini milliləşdirir

Azərbaycanda daha bir sığorta şirkəti brendini milliləşdirir
# 05 iyul 2012 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Thames Insurance Group» sığorta şirkətinin səhmdarlarının son iclasında şirkətin adının «Buta Sığorta»ya dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə «APA-Economics»ə şirkətin İdarə Heyətinin yeni təyin olunmuş sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, brendin dəyişdirilməsi ilə bağlı artıq Maliyyə Nazirliyindən müvafiq icazə alınıb. «Şirkətin adının yenidən qeydiyyata alınması ilə bağlı müvafiq sənədlər hazırlanaraq Vergilər Nazirliyinə təqdim olunma mərhələsindədir. Ümid edirik ki, yaxın günlərdə qeydiyyatla bağlı bütün işlər həllini tapacaq və bundan sonra şirkət «Buta Sığorta» adlanacaq», - deyə A.Babayev bildirib.

Qeyd edək ki, təsisçisi yerli hüquqi şəxslər olan «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR