Azərbaycan fermerlərin subsidiyalaşma mexanizmini təkmilləşdirir
01 noyabr 2012 11:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, subsidiyalaşma mexanizminin dəyişdirilməsi dövlət başçısının tapşırığı ilə həyata keçirilir və onların effektivliyinin artırılması məqsədi daşıyır: «Dövlət başçısı bildirib ki, subsidiyalar mexanizminin dəyişdirilməsində məqsəd onların azaldılması deyil, əksinə onların məbləği artırıla da bilər. Amma subsidiyalar daha effektiv istifadə olunmalıdır».
Xatırladaq ki, subsidiyalaşma mexanizmində gözlənilən dəyişikliklərin məqsədlərindən biri də aqrar sektorda effektivliyin və məhsuldarlığın artırılmasıdır. Dəyişikliklərdən biri taxıl istehsalçılarının yalnız sertifikatlı toxumlardan istifadəsi ilə bağlıdır. Belə ki, müzakirə olunan variantlardan birinə əsasən, yalnız ixtisaslaşmış və keyfiyyətli toxumlar istifadə edən fermerlər subsidiya ala biləcəklər.

Aqrar-sənaye kompleksi
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:03
14 may 2024
Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb
14:20
9 may 2024