Səhiyyə Nazirliyi şəkərli diabet xəstələri üçün pulsuz təlimlərə başlayıb

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələri üçün pulsuz təlimlərə başlayıb
# 20 fevral 2012 10:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqzı - APA. Bu gündən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) fəaliyyət göstərən Diabet Məktəbində şəkərli diabet xəstələri üçün pulsuz təlimlərə başlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlər fevralın 25-dək davam edəcək.

Fevralın 27-dən martın 3-dək isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək. Təlim zamanı iştirakçılara şəkərli diabet, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və sair haqqında məlumatlar veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR