“General Motors” əməkdaşlarına 500 mln. dollardan çox bonus verəcək

“General Motors” əməkdaşlarına 500 mln. dollardan çox bonus verəcək
# 29 fevral 2012 15:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “General Motors” avtomobil korporasiyası 2011-ci ildə rekord məbləğdə - 7,6 mlrd. dollar gəlir əldə etdiyinə görə əməkdaşlarına 500 mln. dollardan çox mükafat ayırıb.

APA-Economics”in xəbərinə görə, bu məbləğin 182 mln. dolları ofis işçilərinə (mühəndislərə, avtomobil dizaynerlərinə və sıravi menecerlərə), 332 mln. dolları isə fabriklərin əməkdaşlarına bonus olaraq veriləcək.

Ümumilikdə 47 min nəfər mükafat alacaq. Bonusların həcmi əməkhaqqının 8-14%-i həcmində nəzərdə tutulub. Eyni zamanda işçilərin bir hissəsi maaşlarının bir qədər artırılacağına ümid edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR