Nazirlik Günəşlidə ağacların kəsilməsi barədə məlumatlara münasibət bildirib

Nazirlik Günəşlidə ağacların kəsilməsi barədə məlumatlara münasibət bildirib
# 05 oktyabr 2016 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi və sakinlərin buna etirazı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov APA-ya deyib ki, bu günlərdə həmin ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb.

Onun sözlərinə görə, ərazidə ağacların kəsilməsi faktı may ayında qeydə alınıb: “Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları Əmrahov Elçin Əziz oğlunun kəsdiyi müəyyən olunub. Həmin şəxs tərəfimizdən inzibati qaydada 2200 manat cərimə edilib”.

Ç. Nəcəfov qeyd edib ki, hazırda ərazi nəzarət altındadır.

Qeyd edək ki, bu gün saat 10.00 radələrində Günəşli qəsəbəsində bir qrup sakin 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsinə etiraz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR