Şimali Koreya lideri iki vəzifəli şəxsi zenit qurğusundan güllələtdirib

Şimali Koreya lideri iki vəzifəli şəxsi zenit qurğusundan güllələtdirib
# 30 avqust 2016 09:18 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya lideri Kim Çen Inın sərəncamı ilə iki yüksək vəzifəli şəxs zenit qurğusundan atəş açılmaqla güllələnib.

APA-nın Cənubi Koreyanın “JoongAng Daily” nəşrinə istinadən verdiyi məlumata görə, güllələnən şəxslər sabiq kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyində yüksək vəzifə tutan Li En Çjindir.

Hər iki şəxs Pxenyandakı Hərbi Akademiyada güllələnib. Şimali Koreya lideri sabiq kənd təsərrüfatı nazirinin təşəbbüsündən qəzəbləndiyi üçün onu güllələtdirib. Li En Çjin isə korrupsiyada ittiham olunub.

Qeyd edək ki, Kim Çen In hakimiyyətə gələndən sonra hərbçi və partiya funksionerlərini edam etdirib. İlk dəfədir ki, o, kənd təsərrüfatı və təhsil sistemində çalışan vəzifəli şəxslərin edam qərarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR