Gədəbəydə ahıl ər-arvad qətlə yetirilib

Gədəbəydə ahıl ər-arvad qətlə yetirilib
# 02 iyun 2016 08:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gədəbəy rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadığı evdə aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR