Dövlət Yol Polisi İdarəsinin vətəndaşa qarşı şikayəti təmin olunmayıb

Dövlət Yol Polisi İdarəsinin vətəndaşa qarşı şikayəti təmin olunmayıb
# 06 iyul 2016 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Güləli Feyziyev adlı şəxs idarənin qəbul etdiyi qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR