İran hökumətinin nümayəndəsi: “İran dinc əhaliyə qarşı zəhərli silahlardan istifadəni qəbul etmir”

İran hökumətinin nümayəndəsi: “İran dinc əhaliyə qarşı zəhərli silahlardan istifadəni qəbul etmir”
# 12 may 2016 12:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İran istəyir ki, heç yerdə savaş olmasın. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanla Azərbaycan arasındakı bu problemin tezliklə həllini arzulayır”.

APA-nın məlumatına görə, bunu aprel ayında Ermənistanın təmas xəttindəki təxribatı və Azərbaycanın əks-həmlə ilə bir neçə yüksəkliyi azad etməsinə münasibət bildirən İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkman deyib. O, qonşu Azərbaycanın torpaqlarını itirməsini istəmədiklərini vurğulayıb: “İran dövlətinin mövqeyi, istəyi budur ki, Azərbaycan və Ermənistana kömək etsin, bu münaqişə sülh yolu ilə həllini tapsın”.


Təşkilat sədri təmas xəttində Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı fosforlu mərmidən istifadə etməsinə də münasibət bildirib: “İran müharibələrdə zəhərli silahlardan istifadəni qəbul etmir”.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məscidləri dağıtmasına gəlincə, Ə. İ. Türkman qeyd edib ki, məscidlərin dağıdılması pis əməldir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR