Rusiyada “Qara rieltorlar” adlı cinayətkar dəstənin azərbaycanlı başçısı ömürlük azadlıqdan məhrum edilib

Rusiyada “Qara rieltorlar” adlı cinayətkar dəstənin azərbaycanlı başçısı ömürlük azadlıqdan məhrum edilib
# 17 may 2016 16:08 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Vladimir vilayət məhkəməsinin qərarı ilə dəstənin lideri azərbaycanlı Azad Məmmədov və onun ortağı Cəfər Mirzəyev ömürlük azadlıqdan məhrum edilib.

5 ölüm hadisəsi, soyğunçuluq, dələduzluq və qəsbkarlıqda ittiham olunan dəstə üzvləri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. İstintaqın topladığı sənədlər məhkəmə tərəfindən cinayətkar dəstənin başçısı olan 45 yaşlı A. Məmmədova hökm oxumaq üçün yetərli hesab edilib. Dəstənin digər 8 üzvü isə 4 ildən 17 ilədək azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2009- 2013-cü illərdə dəstə üzvləri 25 ağır cinayət hadisələri törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR