Xəstəxana: “Günəşli” neft platformasında xəsarət alan neftçilərin vəziyyəti stabildir

Xəstəxana: “Günəşli” neft platformasında xəsarət alan neftçilərin vəziyyəti stabildir
# 07 dekabr 2015 08:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Hadisə nəticəsində xəsarət alan iki nəfər bu gün evə buraxıla bilər. Qalanlar isə iki-üç günə buraxılacaq".

APA-nın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.

O bildirib ki, hazırda xəstəxanada olan 9 neftçinin vəziyyəti stabildir: "Onlar müalicəni davam etdirirlər. Bəziləri isə səhhətləri yaxşı olduğu üçün evə getmək istədiklərini bildirirlər. Ambulator müalicəyə göndərilən 22 nəfər də tövsiyəmizə uyğun olaraq artıq yenidən yoxlanmağa gəliblər. Artıq 11 nəfər müraciət edib və yoxlanılaraq evə göndərilir. Əgər ehtiyac olarsa, onlara iki-üç günlük arayış da veriləcək".

Direktor müavini deyib ki, xəsarət alanların hamısı psixoloq nəzarətindən keçiriləcək: "Onları qəbul edəndə də hər hansı psixoloji pozuntu görmədik. Ancaq yenə də onlar psixoloq müayinəsindən keçəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR