Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo Respublikasının prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo Respublikasının prezidentinə təqdim edib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2015 07:03 (UTC +04:00)

Bakı - APA. İqamətgahı Brazilia şəhərində olmaqla, Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Trinidad və Tobaqo Respublikasının prezidenti Antoni Karmonaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir E. Sultanov Azərbaycanla Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycanla Trinidad və Tobaqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində səfir E. Sultanov Trinidad və Tobaqo Respublikasının xarici işləri nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib və görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri ətrafında ətraflı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR