Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb

Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb
# 19 sentyabr 2016 15:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 8 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 1 mln. 317 min dollar pul köçürülüb.

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yanvar-avqust ayı ilə müqayisədə 667,4 min dollar və ya 2,03 dəfə çoxdur. İyul ayı ilə müqayisədə avqust ayında Gürcüstandan ölkəmizə pul axını 526,9 min dollar və ya 66,69% artıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 7,6%-nə bərabərdir.

Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 2 mln. 490,8 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin avqust ayına nisbətən 1 mln. 131,3 min dollar və ya 83,21% çoxdur. Bu ilin iyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 1 mln. 425,2 min dollar və ya 2,34 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 8 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 2,35%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR