ABŞ-da ötən ilin I rübündən etibarən ən aşağı iqtisadi artım qeydə alınıb

ABŞ-da ötən ilin I rübündən etibarən ən aşağı iqtisadi artım qeydə alınıb
# 27 may 2016 15:52 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin I rübündə ABŞ-da ÜDM artımı proqnozlaşdırılandan daha çox azalıb.

"APA-Economics" xəbər verir ki, İqtisadi təhlillər bürosunun açıqladığı rəqəmlərə əsasən, ÜDM artımı mövsümi volatiliyi nəzərə alaraq 0,8% təşkil edib. Qeyd edək ki, 2015-ci ilin IV rübündə bu göstərici 1,4% olub.

ÜDM-in qiymət indeksi I rübdə proqnozlaşdırıldığı kimi 0,7% deyil, 0,6% təşkil edib. Ötən rübdə bu göstərici 0,9% olub.

Beləliklə, ABŞ-da iqtisadi artım 2015-ci ilin I rübündən etibarən ən aşağı səviyyədə olub və konsensus-proqnoz özünü doğrultmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR