İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu keçirilir
# 29 aprel 2016 13:33 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın 21 əyalətində parlament seçkilərinin ikinci turu keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, səsvermə bu gün səhər saat 08.00-da başlayıb. 15 min 350 səsvermə məntəqəsində 17 milyona yaxın seçici səs verir. Parlamentdə boş qalmış 68 yer uğrunda 136 namizəd mübarizə aparır. Seçkilərin ilkin nəticələri aprelin 30-da açıqlanacaq.


Seçkilərdə iki əsas rəqib düşərgə - islahatçılar və mühafizəkarların namizədləri iştirak edir. Prezident Həsən Ruhaninin islahatçı düşərgədən olan müttəfiqləri fevralın 26-da keçirilmiş birinci turda önə çıxsalar da, çoxluğu əldə edə bilməyiblər. Parlamentdə hansı düşərgənin çoxluq təşkil edəcəyi ikinci turun yekununda bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR